ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyonu keçib

  • By admin
  • 11 İyun 2020 12:09

ABŞ-da son məlumata görə koronavirus infeksiyasına yoluxma hallarının sayı 2 000 464 minə yüksəlib.

Gununsesi.org xəbər verir ki, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Tədqiqat təşkilatının məlumatına əsasən, pandemiya yayılmağa başlayandan ölkədə bu infeksiyadan 112 908 nəfər dünyasını dəyişib, 533 504 nəfər isə xəstəlikdən sağalıb.

Gununsesi.org