ABŞ-da koronavirusdan ölənlərin sayı 21-ə çatdı

  • By admin
  • 09 Mart 2020 10:27

ABŞ-da koronavirusdan (COVİD-19) ölənlərin sayı 21-ə çatıb. 

Gununsesi.org “Haber Global”a istinadən xəbər verir ki, bununla bağlı ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə koronavirusa 33 ştatda 512 nəfər yoluxub.

Ölüm hallarından 18-i Vaşinqtonda, ikisi Floridada, biri isə Kaliforniyada qeydə alınıb.

Gununsesi.org