ABŞ-da kritik rəy sorğusu: Seçkilərdə hansı namizəd qalib gələcək?

  • By admin
  • 23 Fevral 2024 08:51

ABŞ-da builki prezident seçkiləri ilə bağlı aparılan sorğuda Respublikaçılar partiyasının namizədi, keçmiş prezident Donald Trampın seçkilərdə qalib gələcəyi məlum olub.

Gununsesi.info xəbər verir ki, Marquette Hüquq Məktəbi noyabrın 5-də keçiriləcək prezident seçkilərində namizədlərin vəziyyəti ilə bağlı 5-15 fevral tarixləri arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Müvafiq olaraq, qeydə alınmış seçicilərin 51 faizi Trampa səs verəcəklərini bildirərkən, Baydenə üstünlük verənlərin nisbəti isə 49 faizdə qalıb.

Mümkün seçicilərə əsasən, Trampın səsi bir bal artaraq 52 faizə, Baydenin səsi isə bir bal azalaraq 48 faizə düşüb.

Sorğuda iştirak edənlər prezidentliyə namizədin ABŞ-ın BMT-dəki keçmiş səfiri və Cənubi Karolina ştatının keçmiş qubernatoru Nikki Heyli olacağı təqdirdə Respublikaçılar Partiyasını 58 faiz dəstəkləyəcəklərini bildirsələr də, Baydenin səsləri bu nisbətdə 42 faizə düşüb.

Respublikaçılar partiyası daxilində prezidentliyə namizədin müəyyənləşdirilməsi ilə bağlı suala qeydiyyatsız seçicilərin 73 faizi “Tramp”, 15 faizi isə “Heyli” deyib.

Demokratik ilkin seçki ilə bağlı sorğu sualında Baydenə üstünlük verənlərin 66 faiz üstünlüyü olsa da, seçicilərin 27 faizi qərarsız olduqlarını ifadə edib.

Digər tərəfdən, seçicilər immiqrasiya, sərhəd təhlükəsizliyi və iqtisadiyyat kimi sahələrdə Trampa daha çox güvəndiklərini, abort siyasəti, səhiyyə və sosial təminat xidmətlərində Baydenə üstünlük verdiklərini bildiriblər.

 

Gununsesi.info