ABŞ-da kütləyə atəş açıldı: ÖLƏNLƏR VAR

  • By admin
  • 30 May 2021 17:05

ABŞ-da atışma olub.

Gununsesi.info-nun ABC telekanalına istinadən verdiyi məlumata görə, 3 naməlum şəxs Mayamidə konsert üçün icarəyə götürülmüş açıq məkana toplaşmış kütləyə atəş açıb.

Nəticədə 2 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Atəş açan şəxslər hadisə yerindən ağ rəngli minik avtomobili ilə uzaqlaşıblar.

Polis hazırda cinayətkarları axtarır.