ABŞ-da məhbus mübadiləsinə embarqonu pozan jurnalist işdən çıxarılıb

Bloomberg rəhbərliyi Rusiya ilə Qərb ölkələri arasında məhbus mübadiləsi haqqında məqaləni vaxtından əvvəl dərc edən işçilərə qarşı tədbir görəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirib ki, xüsusilə də jurnalist Cennifer Jacobs işdən çıxarılıb. Agentliyin baş redaktoru Con Mikletveytin izah etdiyi kimi, erkən nəşr sövdələşməni təhlükə altına qoya bilərdi. O, hadisəni redaksiya standartlarının açıq şəkildə pozulması adlandırıb.

Öz növbəsində, Jacobs material üzərində redaktorlarla birlikdə işlədiyini deyib:“Mən administrasiyanın embarqosuna bilə-bilə zidd olacaq və ya iştirak edən hər hansı bir şəxsi riskə atacaq heç bir şey etməmişəm”.

Xatırladaq ki, avqustun 1-də Türkiyədə Rusiya, ABŞ və bir sıra Avropa ölkələri arasında genişmiqyaslı məhbus mübadiləsi baş tutub.

Razılaşma nəticəsində 8 Rusiya vətəndaşı vətənlərinə qaytarılıb.

Mübadilə edilənlər arasında Rusiyada casusluqda təqsirli bilinən jurnalist Evan Qerşkoviç, siyasətçilər İlya Yaşin və Vladimir Kara-Murza da (hər ikisi Rusiya Ədliyyə Nazirliyinin xarici agentlərin reyestrinə daxil edilib) olub.

 

 

Şəbnəm

Gununsesi.info