
ABŞ-da ilin əsas musiqi hadisələrindən biri – MTV Video Music Awards 2023-ün mükafatlandırma mərasimi baş tutub.
Gununsesi.info xəbər verir ki, tədbirin əsas qalibi eyni anda doqquz mükafat alan amerikalı müğənni Taylor Svift olub.
Müğənni MTV VMA-2023-də “İlin artisti”, “İlin videosu”, “İlin albomu” və “İlin mahnısı” kimi bir neçə əsas nominasiya üzrə qalib olub.
Ümumilikdə Swift 11 kateqoriya üzrə namizəd olub.
Bu il 2017-ci ildən bəri ilk dəfə olaraq “İlin artisti” adı uğrunda yalnız qadınlar mübarizə aparıb.
Nyu Cersidə keçirilən mərasimdə Demi Lovato, Şakira, Cardi B, Megan Thee Stallion və Cənubi Koreyanın Stray Kids musiqi qrupu da daxil olmaqla çoxsaylı məşhurlar iştirak edib.
Arzu
Gununsesi.info