ABŞ-ın ən böyük tibbi sığorta şirkətlərindən biri olan UnitedHealthcare-in baş icraçı direktoru (CEO) Brayan Tompson Nyu-Yorkda silahlı hücumda həlak olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, baş icraçı direktor (CEO) Brayan Tompson konfrans üçün getdiyi otelə girərkən öldürülüb.
Maskalı olduğu və pusquda gözlədiyi deyilən hücumçu, Tompsonu sinəsindən dəfələrlə atəşə tutub.
Daha sonra o, hadisə yerindən qaçıb.
Mount Sinai xəstəxanasına aparılan Tompsonun öldüyü məlum olub.
Hadisə Manhetten yarımadasında baş verdikdən sonra polis təhlükəsizlik kamerası görüntüləri ilə şübhəlinin qaçış yolunu müəyyən edib.
Axtarışlar davam edir.
Səlahiyyətlilər, hücumçunun şəhərin ən turistik və hərəkətli yerlərindən biri olan Central Parka qaçaraq izini gizlətmək istədiyini bildirir. Hadisə şahidlərinə əsasən polis hücum edənin maska taxan ağdərili kişi olduğunu müəyyən edib.
Qeyd edək ki, ABŞ-nin aparıcı tibbi sığorta şirkətlərindən biri olan UnitedHealthcare-də son 20 ildə çalışan 50 yaşlı Thompson 2021-ci ildən CEO vəzifəsini icra edirdi.
Orxan Saffari