ABŞ-ın Yuta ştatında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər ölüb.
Məlumata əsasən, Oqden şəhərində havaya qalxan “Beechcraft Bonanza” təyyarəsi bir neçə dəqiqədən sonra avtomobil magistralına çırpılıb.
Qəzanın səbəbləri müəyyənləşdirilir. Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırma aparır.
Gununsesi.info