
ABŞ-da ögey anası tərəfindən qapalı qalan gənc 20 illik əsirlikdən evi yandıraraq xilas ola bilib. Səlahiyyətlilər onu yanğına müdaxilə etdikdən sonra tapanda 1,75 metr boyunda olan kişinin cəmi 30 kilo ağırlığında idi. Gəncin ifadəsində danışdığı detallar hər kəsi dəhşətə gətirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “The Washington Post” qəzetində yer alan xəbərə görə, ABŞ-ın Konnektikut ştatında yaşayan 56 yaşlı Kimberli Sallivan ögey oğlunu 20 il əsirlikdə saxlamaqda günahlandırılır.
Bağlanıb aclıqdan ölən gəncin fevralın 17-də evində yanğın başlayıb.
Təcili yardım briqadaları hadisə yerinə gələndə “illərdir diş baxımı və ya tibbi müayinədən keçməmiş, aclıq, zorakılıq, ciddi baxımsızlıq və qeyri-insani şəraitə məruz qalmış” 32 yaşlı kişini aşkar ediblər.
32 yaşlı gənc dərhal xəstəxanaya çatdırılıb. Burada o, alışqan, dezinfeksiyaedici və kağızdan istifadə edərək evi özü yandırdığını etiraf edib.
Polis rəisi Fernando Spagnolo cümə axşamı keçirdiyi mətbuat konfransında “Polisdəki otuz üç il ərzində bu, indiyə qədər gördüyüm, insanlığa qarşı ən pis davranışdır” deyib.
O, yanğını qəsdən törətdiyini bildirib.
Orxan