ABŞ-da ölənlərin sayı 45-ə çatdı

  • By admin
  • 03 Sentyabr 2021 09:22

ABŞ-da tüğyan edən “İda” qasırğası nəticəsində ölənlərin sayı 45-ə çatıb.

Gununsesi.info xəbər verir ki, təbii fəlakətdən ən çox Nyu-York və Nyu-Cersi ştatları zərər çəkib. Bu ştatlarda onlarla insan ölüb. Həmçinin Pensilvaniyada bir neçə nəfər qasırğanın qurbanı olub.

Xatırladaq ki, qasırğa ilə əlaqədar çərşənbə günü ABŞ-ın 3 ştatında fövqəladə vəziyyət rejimi elan edilib. Qasırğa leysan yağışlara, daşqınlara səbəb olub.

Gununsesi.info