ABŞ-da olan Polşa prezidentinin təyyarəsində nasazlıq yarandı

  • By admin
  • 14 Mart 2024 16:33

 ABŞ-da olan Polşa prezidenti Anjey Dudanın təyyarəsinin nasaz olduğu üzə çıxıb. Lakin prezident planlarını dəyişməyib və oradan alternativ təyyarə ilə Brüsselə uçacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Polşanın “İnteria” nəşri məlumat yayıb.

“ABŞ-da Polşa prezidentinin təyyarəsi ilə bağlı problemlər yaranıb. Hökumətin “Boeing 737” təyyarəsində kiçik qüsur aşkar edilib”, – deyə məlumatda bildirilir.

Bildirilir ki, ekipajın bortdakı monitorinq sistemi nasaz olub. Duda Azor adalarında dayanacağı planlaşdırılan ehtiyat təyyarə ilə qayıdacaq və onun təyyarəsi boş geri uçacaq.

Martın 14-də Duda Brüsselə səfər edəcək və burada NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.

Anjey Duda baş nazir Donald Tusk ilə birlikdə martın 13-də ABŞ-da prezident Co Baydenlə görüşüb.

 

Gununsesi.info