ABŞ-da orta məktəbə qanlı hücum - 2 ölü, 1 yaralı

ABŞ-ın Nashville şəhərində orta məktəbə silahlı hücum nəticəsində 2 şagird ölüb, 1 şagird yaralanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hücum səbəbindən məktəbdə təhsil dayandırılıb.

Yerli vaxtla saat 11.09-da məktəbin bufetinə gələn 17 yaşlı Solomon Henderson adlı şagird iki şagirdi tapança ilə yaraladıqdan sonra özünü güllələyib.

Hücum edən şəxs hadisə yerində ölüb.

Hücum zamanı ağır yaralanan 16 yaşlı Josselin Corea Escalante Vanderbilt Universitetinin Tibb Mərkəzinə aparıldıqdan sonra dünyasını dəyişib. Hücum zamanı yaralanan digər tələbənin həyatı üçün təhlükə olmadığı açıqlanıb.

Antakya Liseyindən verilən açıqlamada hadisə ilə əlaqədar məktəbdə təhsilin 2 gün müddətinə dayandırıldığı bildirilib.

Orxan Saffari

Gununsesi.info