ABŞ-da planlaşdırılan terror aktının qarşısı alınıb

  • By admin
  • 02 İyul 2018 17:34

 

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Ohayo ştatının Klivlend şəhərində planlaşdırılan terror hücumunun qarşısını alıb.

Gununsesi.info Amerika KİV-inə istinadən xəbər verir ki, terror iyulun 4-də – ABŞ-ın Müstəqillik Günündə həyata keçiriləcəkmiş.

Planlaşdırılan terror hadisəsi ilə əlaqədar bir nəfər həbs edilib. O, xaricdə terror təşkilatına dəstək verməkdə ittiham olunur.

Əməliyyatın digər detalları Klivlenddə yerləşən FTB-nin qərargahında keçiriləcək mətbuat konfransında açıqlanacaq.