
ABŞ-da Tennessi ştatının Memfis şəhərində döyülmə nəticəsində öldüyü bildirilən məhbusun qətlində beş polis məmuru ittiham olunub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , Tayr Nikols polisin tələbinə tabe olmayaraq qaçıb, bundan sonra o, ciddi şəkildə saxlanılıb.
Polis patrulu 29 yaşlı Tayr Nikolsu avtomobili təhlükəli idarə etdiyinə görə saxlamağa çalışıb. O, tabe olmayaraq, təqibdən qaçmağa çalışıb , bu isə həbsə səbəb olub. Bundan əlavə, Nikols ailəsinin vəkillərindən verilən açıqlamaya görə, məhbus “tanınmayacaq dərəcədə döyülüb”. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və orda da dünyasını dəyişib.
Daxili araşdırma nəticəsində beş polisin hamısı tezliklə işdən çıxarılıb və bir gün əvvəl onlara rəsmi olaraq qətldə ittiham olunub.
Bu hadisədə, Nichols işində heç bir irqi komponent yoxdur, çünki o və bütün beş polis məmuru afroamerikalıdır.
Gununsesi.info