ABŞ -da prezidentlərə sui-qəsdlər

  • By admin
  • 14 İyul 2024 12:41

ABŞ Prezidentliyinə namizəd Donal Trampın sui-qəsdə məruz qalması dünyada böyük rezonansa səbəb olub.

Bir sıra xarici KİV-lərdə ,o cümlədən Azərbaycanda da bu olaya mövqe bildirən ekspertlər ABŞ-ın təhlükəsizlik sistemini tənqid edib.

Gununsesi.info -nun xəbərinə görə, siyasi təhlilçi Şahin Cəfərli  olay haqqında bunları deyib:

“ABŞ tarixində siyasi sui-qəsdlər çox olub. Ölkənin 4 prezidenti vəzifə başında öldürülüb:

1865-ci ildə respublikaçı Linkoln, 1881-ci ildə respublikaçı Qarfild, 1901-ci ildə respublikaçı MakKinli, 1963-cü ildə demokrat Kennedi sui-qəsdin qurbanı olublar.

1835-ci ildə demokrat Cekson, 1975-ci ildə respublikaçı Ford (2 dəfə), 1981-ci ildə respublikaçı Reyqan sui-qəsddən sağ qurtulublar. 2005-ci ildə respublikaçı Buş Tbilisi meydanında çıxış edərkən tribunaya qumbara atılıb, amma partlamayıb.

Tramp sui-qəsdə məruz qalan 2-ci keçmiş prezident və prezidentliyə namizəddir.

1912-ci ilin oktyabrında respublikaçılardan ayrılmış Proqressiv Partiyanın namizədi Teodor Ruzvelt tərəfdarları qarşısında çıxış edərkən ona atəş açılıb. (Buna qədər Ruzvelt 1901-1909-cu illərdə prezident olmuşdu.) Güllə onun döş cibindəki eynək qabına və 50 səhifəlik kağız topasına dəyərək təsirini bir qədər itirib və Ruzvelt yüngül yara alıb. Həmin seçkilərdə demokrat Vudro Vilson qalib gəlib. Respublikaçı T.Ruzvelt 1916-cı il seçki kampaniyası zamanı da sui-qəsd cəhdinə məruz qalıb”.

Günay

Gununsesi.info