ABŞ-da prezidentliyə namizədlər dəqiqləşir: Bayden və Tramp kifayət qədər səs aldı

  • By admin
  • 13 Mart 2024 11:54

ABŞ-ın Corciya, Vaşinqton və Missisipi ştatlarında Demokratlar və Respublikaçılar partiyaları üçün praymeriz keçirilib.

Gununsesi.info xəbər verir ki, demokratlar arasında rəqibi olmayan ABŞ-ın hazırkı prezidenti Co Bayden və respublikaçılar arasında da rəqibi olmayan Ağ Evin keçmiş rəhbəri Donald Tramp hər üç ştatda keçirilən praymerizdə qalib gəlib.

Hazırkı prezident və demokratların yeganə namizədi olan Bayden Corciyada 95, Vaşinqton ştatında 85, Missisipidə isə 98 faiz səs toplayıb.

Beləliklə, hazırkı Amerika lideri 1986 səs baryerini keçərək Demokratlar Partiyasının Milli Konvensiyasına kifayət qədər sayda nümayəndənin dəstəyini təmin edib.

Öz növbəsində Tramp Corciyada səslərin 85%-ni, Vaşinqton ştatında 73%-ni və Missisipi ştatında 92%-ni qazanaraq Respublikaçıların namizədliyi üçün 1215 nümayəndə səsini qazanıb.

Bu nəticələrə görə, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində əsas mübarizə yenə də 2020-ci ildə, nəticələrin mübahisə predmeti olduğu eyni namizədlər arasında olacaq.

 

Gununsesi.info