ABŞ-da qırıcılar səhvən hərbçilərə atəş açıb, ölən və yaralanan var

  • By admin
  • 01 Fevral 2017 22:09

qirici

 

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Nyu-Meksiko ştatında yerləşən Holloman bazasında təlim zamanı səhvən hərbçilərə atəş açıb.

Gununsesi.info-nun “Associated Press”ə istinadən xəbər verir ki, insident nəticəsində bir hərbçi ölüb, digəri yaralanıb.

Məlumata görə, iki “F-16” qırıcısı səhvən “hava-yer” sinfli bir neçə raket buraxıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info