
Bir qrup respublikaçı qanunverici yaxın günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni sədrini seçməyə cəhd etmək niyyətindədir.
Gununsesi.info xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.
Qəzetin mənbələrinə görə, ifrat sağçı respublikaçılar “gələn həftədən etibarən Kevin Makkarti Nümayəndələr Palatasının sədri vəzifəsindən kənarlaşdırmaq cəhdinə” başlaya bilərlər. Əgər uğur qazanarsa, bu qanunvericilər qrupu respublikaçı Tom Emmeri ABŞ hökuməti iyerarxiyasında üçüncü ən yüksək vəzifəyə seçmək istəyir.
Belə bir addım atmağı planlaşdıran Nümayəndələr Palatasının üzvləri hesab edirlər ki, Emmer Mühafizəkarların gündəmini həyata keçirmək baxımından daha effektiv hərəkət edə bilər. Emmer Makkartinin müəyyən məsələlər üzrə müavini kimi fəaliyyət göstərir.
“Mən spiker Makkartini tam dəstəkləyirəm. O, bunu bilir və mən də bilirəm”, – Emmer nəşrə bildirib. “Məni saray intriqaları qətiyyən maraqlandırmır”, – qanunverici əlavə edib. Bununla belə, qəzetin mənbələri qeyd edib ki, Emmer Makkartinin vəzifədən çıxarılmasına dəstək olub-olmayacağına hələ aydınlıq gətirməyib.
Səid Əhmədli
Gununsesi.info