ABŞ administrasiyası rusiyalı dissident Aleksey Navalnının həbsxanada ölümünə görə məsuliyyət daşıdığı Moskva administrasiyasına qarşı bu həftə günü yeni sanksiyalar elan edəcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik üzrə kommunikasiyalar üzrə müşaviri Con Kirbi onlayn mətbuat brifinqində Navalnının ölümü ilə bağlı hadisələri dəyərləndirib.
Kirbi bildirib ki, Rusiya bu barədə dünyaya hansı mesajı verməsindən asılı olmayaraq, Navalnının ölümünə görə məsuliyyət daşıyır.
“Prezident Putin və onun hökuməti Navalnının ölümünə görə məsuliyyət daşıyır. Buna cavab olaraq, prezident Baydenin göstərişlərinə uyğun olaraq, cümə günü Rusiyaya qarşı əhatəli sanksiyalar paketini elan edəcəyik”, – deyə bildirib.
Sanksiya paketinin məzmununa yer verməyən Kirbi bu paketlə həm Navalnının ölümünə, həm də Ukraynadakı hücumlarına görə Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıyacağını vurğulayıb.
Kirbi Rusiyanın Ukraynaya hücumlarının davam etdiyini və Kiyevə dəstək üçün yeni dəstək paketinin Konqresdən ən qısa zamanda qəbul edilməsini gözlədiklərini ifadə edib.
Gununsesi.info