ABŞ-da rüşvət iddiası: Vəzifəli şəxsin istefa səbəbi bəlli oldu

  • By admin
  • 07 Yanvar 2024 09:30

ABŞ-da fərdi silah hüquqlarını müdafiə edən Milli Tüfəng Assosiasiyasının (NRA) prezidenti Vayne LaPierre ona qarşı açılan rüşvət işi ilə əlaqədar məhkəmədən əvvəl istefa verib.

Gununsesi.info-nun xəbərinə görə, Assosiasiyasından verilən açıqlamada LaPierrenin səhhəti ilə əlaqədar istefa verdiyi bildirilib.

Açıqlamada LaPierrenin ona qarşı açılan rüşvət işi ilə mübarizəsini davam etdirəcəyi bildirilib.

Açıqlamadada qiymətləndirmələri yer alan LaPierre, “Bacardığımız hər şeydən qürur duyuram, Milli Tüfəng Assosiasiyasından istefa verdiyimi bildirirəm. Hər kəsin silah sahibi olmaq hüququnu müdafiə etməkdən heç vaxt əl çəkməyəcəyəm” deyib.

1991-ci ildən NRA-nın prezidenti olan 74 yaşlı LaPierre şəxsi təyyarə səyahətləri, yaxta səfərləri, Afrika safariləri və buna bənzər fəaliyyətlər üçün “milyonlarla dollar rüşvət almaq”da ittiham edilib və ona qarşı iddia qaldırılıb.

İş üzrə məhkəmə iclası yanvarın 8-də keçiriləcək.

Ölkədəki silahlı zorakılıqda video oyunları, media və siyasətçiləri günahlandıran LaPierre, “Silahlı pis adamı dayandıran tək şey silahlı yaxşı oğlandır” deyib. O, açıqlaması ilə silah hüququnu müdafiə edib.

Gununsesi.info