ABŞ- da səma yaşıl rəngə boyandı

ABŞ-ın Cənubi Dakota ştatının Sioux Falls şəhərində “derecho” qasırğasının təsiri ilə səma yaşıl rəngə bürünüb.

Gununsesi.info-nun xǝbǝrinə görǝ, səmanın rənginin dəyişməsi yerli sakinlərin heyrətinə səbəb olub.

HTML tutorial

Mütəxəssislər səmanın yaşıl rəngə bürünməsinin əsas səbəbini tam açıqlaya bilməyiblər.

İlkin olaraq bildirilib ki, təbiət hadisəsinin səbəbi buludların çox su daşıdıqları üçün mavi işıq saçmağa meyilli olmasıdır.

Mavi işıq isə gün batandan sonra qırmızı və sarı işıqla birləşdiyi zaman səma yaşıl rəngə çevrilib.

Derecho qasırğasının təsirli olduğu Cənubi Dakota, Minnesota və Ayova ştatlarında təxminən 30 min insan saatlarla işıqsız qalıb.

Bu barədə məlumatı ABŞ-ın Milli Hava Xidməti yayıb. Sözügedən qasırğanın yaratdığı küləyin sürətinin saatda 93 kilometr olduğu bildirilib.

Gununsesi.info