ABŞ-da sənədləri sızdıran əsgərlə bağlı YENİ QƏRAR

  • By admin
  • 12 Dekabr 2023 10:13

ABŞ Hərbi Hava Qüvvələri ordunun gizli sənədlərini internetdə dərc etməkdə günahlandırdığı Milli Hava Qvardiyası əsgəri Cek Teyşeyraya qarşı yeni qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, ABŞ-da məsələni araşdıran Hərbi Hava Qüvvələri Baş Müfəttişinin araşdırmasında ABŞ ordusuna aid məxfi sənədlərin sızdırılmasında Cek Teyşeyranın təkbaşına hərəkət etdiyi müəyyən edilib.

İstintaq nəticəsində Teyşeyranın bölməsinin “müvafiq tədbirlər görmədiyi” və bu işə cəlb olunan 15 nəfərin “vəzifə laqeydliyi”nə görə intizam məsuliyyətinə cəlb edildiyi bildirilib.

Massaçusets Milli Hava Qvardiyasının kəşfiyyat qanadının üzvü Cek Teyşeyra aprelin 14-də Amerika ordusunun məxfi sənədlərini internetdə dərc etdiyinə görə saxlanılıb.

Qeyd edilib ki, Teyşeyranın internetə sızdırdığı iddia edilən və üzərində ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin gerbi olan sənədlərdə Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın müdafiəsində potensial zəifliklər və Böyük Britaniyanın xüsusi təyinatlılarının ölkədə fəaliyyət göstərdiyi iddia edilən qüvvələrinin sayı barədə məlumatlar var.

Həmçinin bildirilib ki, sənədlərdə Rusiya, İsrail, Kanada, Cənubi Koreya, Çin və İranın nüvə proqramı ilə bağlı kəşfiyyatın fəaliyyəti də daxil olmaqla mühüm məsələlərə dair hərbi və cari məlumatlar yer alıb.

Sızıntıların ABŞ diplomatik kriptolarının sızdırıldığı 2010-cu ildə WikiLeaks qalmaqalı və 2013-cü ildə rəqəmsal müşahidə fəaliyyətlərinin sızdırıldığı Snowden böhranı qədər əhəmiyyətli olduğuna diqqət çəkilib.

Gununsesi.info