
ABŞ Konqres üzvləri ölkənin sabiq prezidentlərinin pensiya həcmini məhdudlaşdırmaq istəyirlər.
Gununsesi.info xəbər verir ki, hal-hazırda həyatda olan 5 sabiq prezident təxmini 205 min dollar pensiya alır.
Qanun layihəsinin müəllifi qeyd edib ki, ABŞ-ın dövlət borcu 20 trilyon dollardır. “Sabiq prezidentlər öz memuarlarının satışından və mühazirələr oxumalarından milyonlarla pul qazandığı zaman vergi ödəyicilərindən sabiq prezidentlərin xərclərinin ödənməsini istəmək heç bir çərçivəyə sığımır”, deyə o bildirib.
Gununsesi.info