ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri uğrunda mübarizə qızışdığı bir vaxtda Respublikaçılar Partiyasında rəqabətdə bir ilk yaşanıb.
Gununsesi.info xəbər verir ki, keçmiş prezident Donald Trampın rəqibi Nikki Heyli paytaxt Vaşinqtonda keçirilən ilkin seçkilərdə qalib gəlib. ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Heyli bununla da praymerizdə ilk qələbəsini qazanıb.
Heylinin seçki kampaniyasının sözçüsü Olivia Perez-Kubas Vaşinqtondakı Respublikaçı seçicilərin Trampın yaratdığı xaosu rədd etməsinin normal olduğunu şərh edib.
Qeyd edək ki, 2016-cı ildə qalib gəldiyi prezident seçkilərindən əvvəl Donald Tramp Respublikaçılar Partiyasının ilkin seçkilərində Vaşinqtonda cəmi 14 faiz səs toplayıb.
Gununsesi.info