ABŞ-da son 40 ildə ilk dəfə…

  • By admin
  • 19 İyun 2022 13:24

ABŞ-da strateji neft ehtiyatları proqnozlardan daha sürətlə azalmağa başlayıb və son 40 ilin ən aşağı səviyyələrinə düşüb. 

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” analitiki Xavyer Blas bildirib.

“Əgər ABŞ-ın ticarəti dayandırmağı planlaşdırdığı oktyabr ayına qədər ehtiyatların azalması səngiməsə, ehtiyatdakı neftin miqdarı son 40 ilin ən aşağı səviyyəsinə – 358 milyon barelə çatacaq”, – Blas qeyd edib.

Onun sözlərinə görə, 2021-ci ildə neft ehtiyatları 621 milyon barel təşkil edib. İndi ABŞ ehtiyatlarını sataraq dünya neft qiymətlərini saxlamaq istəyir, ancaq belə bir strategiya uzun müddət davam edə bilməz. Satışlar dayandıqda neftin qiyməti yenidən qalxacaq.

O əlavə edib ki, ABŞ-ın ehtiyatlarında olan neftin heç də hamısı istehsalçılar üçün uyğun deyil: “Məsələn, alıcılar daha çox Rusiya, Venesuela və Yaxın Şərqdə hasil edilən yüksək kükürdlü xam neftə üstünlük verirlər. Satışların təxminən 85%-i bu ölkələrin payına düşür. ABŞ-da çox az sayda alıcıya uyğun olan aşağı kükürdlü neft var”.

İyunun ortalarında Beynəlxalq Enerji Agentliyinin saytında 2022-ci ilin aprelində dünyada neft və neft məhsullarının kommersiya ehtiyatlarının 77 milyon barel artdığı, lakin hələ də beşillik orta göstəricidən aşağı olduğu bildirilmişdi.

Gununsesi.info