ABŞ-da son sutkada 25 min nəfər koronavirusa yoluxub, 1307 nəfər ölüb

  • By arzu
  • 23 May 2020 19:04
ABŞ-da son sutkada 1 307 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.
Gununsesi.org xəbər verir ki, bu barədə Con Hopkins İnstitutu məlumat yayıb. Bildirilib ki, indiyədək ABŞ-da infeksiyaya yoluxaraq vəfat edənlərin sayı 97 696-ya çatıb.
Ölkədə son sutkada 24 870 yoluxma qeydə alınıb. Bununla da Birləşmiş Ştatlarda COVID-19-a yoluxanların sayı 1 647 212 nəfərə çatıb.

Gununsesi.org