ABŞ-da qütb soyuqluğu səbəbindən 7 nəfər həyatını itirib. Milli Meteoroloji Xidmət ABŞ-ın orta şimal bölgələrində və şimal-şərq ştatlarında külək səbəbindən havanın temperaturunun mənfi 34 dərəcəyə enə biləcəyi barədə xəbərdarlıq edib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, qütb soyuqlarının yaratdığı həddindən artıq qış şəraiti səbəbiylə Portlenddə 4, Viskonsin ştatında isə 3 evsiz həyatını itirib.
23 ştatda həddindən artıq qar yağması, buzlanma və donma soyuqları xəbərdarlığı edilib və 200 milyondan çox insan üçün “qış şəraiti” xəbərdarlığı edilib.
Nyu York, Baltimor və Vaşinqton şəhərləri mövsümün ilk qarını görərkən, xüsusilə qarın çox olduğu bölgələrdə məktəblər bağlanıb.
Ölkə üzrə 1 milyondan çox şagirdin təhsil aldığı məktəblərin qış şəraiti ilə əlaqədar bağlandığı paylaşılıb.
ABŞ-ın şərq sahillərində 1300-dən çox aviareys ləğv edilib. Oreqon, Texas və Luiziana ştatlarında 120 min evdə və iş yerində elektrik enerjisi kəsilib.
Səlahiyyətlilər gün ərzində yağan qar yağışa və buza çevrildiyi üçün insanlara zərurət olmadığı halda nəqliyyata çıxmamağı tövsiyə edir.
Həddindən artıq qar yağması səbəbindən Kolorado kimi dağlıq ştatlarda uçqun təhlükəsinə diqqət çəkilərkən, Florida ştatının cənub-şərqində tufan və gözlənilməz tornado təhlükəsi ilə bağlı xəbərdarlıq edilir.
Gununsesi.info