ABŞ-da təcili yardım helikopteri qəzaya uğrayıb, 3 nəfər ölüb

  • By Admin2
  • 11 Mart 2025 12:50

ABŞ-ın Missisipi ştatında təcili yardım helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfər həyatını itirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Eurocopter EC-135 tipli təcili yardım helikopteri ABŞ-ın Missisipi ştatının Madison qraflığında meşəlik ərazidə qəzaya uğrayıb.

Missisipi Universitetinin Tibb Mərkəzinin məlumatına görə, pilot və iki xəstəxana işçisi xəstəni daşımaqdan qayıdarkən helikopterin qəzaya uğraması nəticəsində həlak olub.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) səbəbi hələlik məlum olmayan qəza ilə bağlı araşdırmalara başlayıb.

Orxan

Gununsesi.info