ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

  • By admin
  • 30 Sentyabr 2019 22:54

ABŞ-da “Cessna421” ikimühərrikli yüngül təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Gununsesi.org xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

Bildirilib ki, hadisə ABŞ-ın cənub-şərqində Florida ştatının De-Lend şəhərində baş verib. Təyyarənin uçuş istiqaməti məlum deyil.

Hadisənin səbəbi hələ müəyyənləşdirilməyib.

 

Gununsesi.org