Təyyarə təcili eniş etdi - FOTO

  • By admin
  • 25 Mart 2017 12:40

boinq

ABŞ-a məxsus olan “Boeinq 707”  hərbi təyyarəsi  İndoneziyanın Açe əyalətində yerləşən Sultan İskəndər Muda Beynəlxalq Hava Lımanına məcburi eniş edib.

Gununsesi.info xəbər verir ki, bu haqda İndoneziyanın “Antara” Xəbər Agentliyinə istinadən “Anadolu” Agentliyi məlumat yayıb.

Belə ki, “Boeinq 707” təyyarəsinin pilotu partlama risqinin qarşısını almaq məqsədi ilə havada yanacaq çənini boşaldıb.

Təcili eniş barədə qərar hava gəmisinin mühərriklərinin birində texniki nasazlığın səbəbindən verilib.

Məhz təyyarənin göyərtəsində 20 nəfər hərbi qulluqçu olub.

Qeyd edək ki, Sultan İskəndər Muda Beynəlxalq Hava Lımanına təcili eniş etmək məcburiyyətində qalan təyyarənin Yaponiyadakı bir hava bazasına getmək üzrə Hind Okeanındakı Dieqo Qarsia adasından havaya qalxıb.

Anar

Gununsesi.info