ABŞ-da təyyarə qəzaya uğrayıb: 4 nəfər ölüb

  • By admin
  • 08 Aprel 2017 07:13

teyyare qeza

ABŞ-ın Oreqon ştatında yüngülmotorlu “Piper PA-46” təyyarəsi qəzaya uğrayıb.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Harrisberq şəhəri yaxınlığında qeydə alınıb.

Şerif Linn Bryusun verdiyi məlumata gğrə, təyyarənin göyərtəsində olan 4 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır. İlkin versiyaya görə, təyyarənin qəzaya uğramasına əlverişsiz hava şəraiti səbəb olub.

Gununsesi.info