ABŞ-da tanınmış gənc basketbolçu faciəvi şəkildə həlak oldu – VİDEO

  • By admin
  • 24 Aprel 2021 10:07

ABŞ-ın Los-Anceles şəhərində 19 yaşlı istedadlı basketbolçu Kentukki Vildkats yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Bu barədə WKYT.com portalı məlumat yayıb.

Polisin verdiyi məlumata görə, gənc basketbolçu işıqforun qırmızı işığına məhəl qoymayaraq yol ayrıcına daxil olub və sürətlə hərəkət edən nəqliyyat vasitəsi onun idarə etdiyi avtomobilə çırpılıb.

Zərbənin gücündən basketbolçunun avtomobili yol kənarında olan dirəyə, ardınca isə kərpic divara çırpılıb.

Xəstəxanaya çatdırılan idmançının həyatını xilas etmək mümkün olmayıb.

n
Gunusesi.info