ABŞ-da “tornado”, İtaliyada güclü yağış fəlakətə səbəb oldu: AZI 4 ÖLÜ, 30 YARALI

  • By admin
  • 07 Avqust 2017 07:11

tornado-usa-28

ABŞ-ın Oklahoma ştatında baş verən dağıdıcı tornado nəticəsində 30 nəfər xəsarət alıb.

Gununsesi.info-nun Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət Talsa şəhərində qeydə alınıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Məlumata əsasən, təbii fəlakət nəticəsində Talsa şəhərində təxminən 11 min evin elektrik enerjisi kəsilib, yaşayış evləri və müxtəlif tikililərə ciddi ziyan dəyib. Tələfatın olmadığı bildirilir.

Eyni zamanda, İtaliyada şiddətli yağıntılar və güclü külək nəticəsində 4 nəfər ölüb.

Xəbərə görə, ölüm faktları ölkənin şimalında qeydə alınıb.

Ölənlərdən birinin Belçika vətəndaşı olduğu bildirilir. İki nəfər itkin düşmüş hesab edilir. Udine əyalətində 66 yaşlı kişi, Qarda gölündə isə qayığın batması nəticəsində itkin düşüb.

Gununsesi.info