ABŞ-da trans tələbələrin qadın idmanında iştirakı qadağan edildi

  • By Günel
  • 16 Yanvar 2025 01:19

İbtidai məktəbdən universitet səviyyəsinə qədər bütün transseksualların məktəblərdə keçirilən qadın idman yarışlarında iştirakını qadağan edən qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatası tərəfindən 218 lehinə 206 əleyhinə səslə təsdiqləndi.

Gununsesi.info xəbər verir ki, bu barədə ulusal məlumat yayıb.

ABŞ Konqresinin Nümayəndələr Palatası kişi doğulan, lakin cinsiyyət dəyişdirən transseksual tələbələrin məktəblərdə qadın idman yarışlarında iştirakını qadağan edən qanun layihəsini qəbul edib.

Belə ki, ibtidai məktəbdən universitet səviyyəsinə qədər bütün transgenderlərin məktəblərdə qadın idmanında iştirakını qadağan edən qanun layihəsi Respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında 218 lehinə 206 əleyhinə səslə təsdiqləndi.

Səsvermədən əvvəl aparılan müzakirələrdə Respublikaçılar kişi doğulan, sonradan cinsiyyət dəyişdirmiş transgenderlərin qadın idmanında iştirakına icazə verilməsinin digər qadın idmançılara qarşı ədalətsizlik olduğunu bildiriblər.

Qanun layihəsi Senatda qəbul edilsə və qanun qüvvəyə minsə, transseksualların yarışmasına icazə verən məktəblər federal təhsil maliyyəsini itirəcək.

Doğuşdan kişi olan adamların sonradan cinsiyyət dəyişdirərək qadın idmanına qatılması ölkədə mübahisələrə səbəb olmuşdur. Respublikaçılar keçən il seçki kampaniyalarında bu məsələni gündəmə gətirmək üçün reklamlara ən azı 111 milyon dollar xərcləmişdilər.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp da seçki kampaniyası zamanı bəyan edib ki, Konqres bu məsələ ilə bağlı qanun qəbul etməsə, prezident səlahiyyətlərindən istifadə edərək bunu qadağan edəcək.

Günel Həsənova

Gununsesi.info