ABŞ-da universitetdə atışma – 4 nəfər yaralanıb

Baltimorda (ABŞ-ın Merilend ştatı) Morqan Dövlət Universitetinin binalarından birində baş verən atışma olub. İlkin məlumatlara görə, atışma nəticəsində 4 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Baltimor Polis Departamentinin X sosial şəbəkəsindəki yaydığı məlumatda bildirilib.

Hüquq-mühafizə orqanları tələbələri və müəllimləri hadisə yerindən uzaq durmağa çağırıb.

Hadisə ilə bağlı hələlik heç kim saxlanılmayıb.

Səid Əhmədli
Gununsesi.info