Amerika Birləşmiş Ştatlarının Filadelfiya ştatında yaşan həmyerlimiz Aynur Vəzirovanın Bakıda imza günü keçirilib. Gununsesi.info-nun xəbərinə görə, müəllifin ikinci kitabı olan “Mən ürəyimlə görürəm” adlı şeir kitabının təqdimetmə mərasimində ölkənin mədəniyyət və səntət adamları, yazarları toplaşıb.
“Mən ürəyimlə görürəm” kitabında müəllif vətən sevgisinə xüsusi yer ayırıb.
Mərasimdə çıxış edənlər bildirib ki, gənc yaşlarından Amerika yaşayan Aynur xanım buna baxmayaraq, hər zaman doğma vətəni Azərbaycanı unutmayıb.