ABŞ-da yaşayan müavini də Əli İnsanovdan ayrıldı - SABİQ NAZİR BƏYANAT YAYDI

  • By admin
  • 07 Noyabr 2022 09:57

Haqq Ədalət Partiyasının (HƏP) sədr müavini Qüdrət Quliyev də (Ramazanoğlu) partiyadan istefa verib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Qüdrət Quliyev özü məlumat yayıb.

“Mən HƏP-i tərk etdim. Azərbaycanın haqqı və ədaləti uğrunda, vəhdəti və xoşbəxtliyi uğrunda, vətəndaş azadlıqları uğrunda, insanın firavan yaşamaq hüququ uğrunda, millətimin millətlər içində sayılan imzası uğrunda heç bir siyasi mənsubiyyəti olmadan belə bundan sonra da son nəfəsinə qədər var olacaq bir soydaşınız.

6 Noyabr 2022-ci il. Bazar Günü.
Vaşinqton. Amerika Birləşmiş Ştatları”, – deyə o yazıb.

O da istefasını HƏP sədri Əli İnsanovun Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunu dəstəkləməsi ilə əlaqələndirib.

Xatırladaq ki, Qüdrət Quliyev Azərbaycan Respublikası xarici iqtisadi əlaqələr nazirinin birinci müavini və nazir əvəzi, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı olub.

2020-ci ilin iyun ayında Haqq Ədalət Partiyasına üzv olub. Daha sonra onlayn səsvermə ilə partiyanın İdarə Heyətinin üzvü və partiya sədrinin müavini seçilib.

Ondan əvvəl isə Haqq Ədalət Partiyasının (HƏP) sədr müavini İsfəndiyar Vahabzadə üzvü olduğu partiyadan istefa verib.

Gununsesi.info