ABŞ-da yeni prezidentin xarici siyasət prioritetlərində Azərbaycan da yer alacaq - diplomat

  • By admin
  • 27 Avqust 2016 12:03
kozlaric
“ABŞ-da kimin prezident olmasından asılı olmayaraq, yeni administrasiyanın yeni xarici siyasət prioritetləri olacaq. Bu sırada Cənubi Qafqaz ölkələri, ələlxüsus, Azərbaycan da yer alacaq”.
Gununsesi.info xəbər verir ki, bu fikri ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç növbəti prezident seçkilərindən sonra yeni administrasiya dönəmində ABŞ-Azərbaycan münasibətlərində dəyişikliklərlə bağlı mövqeyini açılayarkən deyib.
Onun sözlərinə görə, istər Respublikaçı olsun, istərsə də Demokrat, Amerika ictimaiyyəti yeni administrasiyanı öz prioritetlərini aydınlaşdırmağa vadar edəcək. “Son onilliklərdə ikipartiyalı konsensus NATO ittifaqı, demokratiya və insan haqlarına dəstəyimiz üzərində bərqərar olub. Söhbət Demokratlardan Respublikaçılara dəyişiklikdən getmir. Dəyişiklik bundan daha fundamental olacaq. Hətta, Obamadan Klintona keçid də fərqli xarici siyasət gətirəcək”- deyə, R.Kozlariç vurğulayıb.
Diplomat əlavə edib ki,  Klintonun Obamanın xarici siyasətini davam etdirəcəyini güman etmir: “Bu, çox fərqli və fundamental olacaq…”.
 Gununsesi.info