ABŞ-dan əfv bəyanatı - 51 SİYASİ MƏHBUSUN AZAD EDİLMƏSİ ALQIŞLANIR

  • By admin
  • 19 Mart 2019 20:46

Birləşmiş Ştatlar Azərbaycan hakimiyyətini beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır

Amerika Birləşmiş Ştatları 16 mart tarixli əfv sərəncamını və 400-dən çox insanın, o sıradan siyasi müxalifət, vətəndaş cəmiyyəti və dini qrupların nümayəndəsi sayılan 51 siyasi məhbusun azad edilməsini alqışlayır.

Gununsesi.org bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilir:

“Biz Azərbaycanı öz vətəndaşlarının əsas azadlıqlarını qorumaq üçün gələn aylarda beynəlxalq öhdəliklərinə uyğun olaraq əlavə müsbət addımlar atmağa təşviq edir”.