
ABŞ Müdafiə Nazirliyi Qırmızı dənizdə kommersiya gəmilərinə hücumların artması səbəbindən bir çox ölkənin iştirakı ilə ortaq əməliyyat qrupu yaradılacağını açıqlayıb.
Gununsesi.info-nun məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin verdiyi açıqlamada bildirilib ki, “Yəməndən gələn husilərin son vaxtlar artan ehtiyatsız hücumları ticarətin sərbəst axınını təhdid edir, günahsız dənizçiləri təhlükə altına alır və beynəlxalq hüququ pozur.
“Qırmızı dəniz naviqasiya azadlığı üçün vacib su yolu və beynəlxalq ticarəti asanlaşdıran mühüm ticarət dəhlizidir. Əsas naviqasiya azadlığı prinsipini qorumaq istəyən ölkələr bu qeyri-dövlət aktorunun beynəlxalq sulardan qanuni olaraq tranzit keçən bir çox ölkələrin kommersiya gəmilərinə ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) atması qarşısında qoyduğu çağırışa cavab vermək üçün bir araya gəlməlidir”, – deyə qeyd edilir.
Nazirlik “Prosperity Guardians” (“Rifah keşikçiləri”) əməliyyatı adlı əməliyyat qrupu ilə bağlı açıqlamasında belə deyib:
“Prosperity Guardians” əməliyyatı Böyük Britaniya, Bəhreyn, Kanada, Fransa, İtaliya, Hollandiya, Norveç, Seyşel adaları və İspaniyanın naviqasiya azadlığını təmin etmək məqsədi ilə Qırmızı dənizin cənubunda və Ədən körfəzində təhlükəsizlik problemlərini birgə həll etmək, regional təhlükəsizliyin və rifahın möhkəmləndirilməsi üçün bir çox ölkələri bir araya gətirir.
Gununsesi.info