ABŞ-dan Ərdoğan-Bayden görüşü ilə bağlı ETİRAF: “Önəmli olduğunu hiss etdi…”

  • By admin
  • 10 İyun 2021 09:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında baş tutacaq görüşün tarixi yaxınlaşdıqca, hər iki tərəfdən yeni açıqlamalar gəlməyə davam edir.

Gununsesi.info “TRT Haber”ə istinadla xəbər verir ki, növbəti açıqlama Ağ Evin sözçüsü Cen Psakidən gəlib. O, Co Baydenin Böyük Britaniyaya səfəri çərçivəsində təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

“Birlikdə konstruktiv şəkildə işləməyin vacib olduğunu düşündüyümüz sahələr var, güclü fikir ayrılıqlarımız da var”, – deyə Psaki bildirib.

Üz-üzə görüşlərin diplomatiya üçün fürsət olduğunu söyləyən Ağ Evin sözçüsü deyib ki, ABŞ lideri də görüşlə əlaqədar fikirlərini bölüşüb:

“Bayden bu görüşün prioritet olaraq keçirilməsinin önəmli olduğunu hiss etdi”

Şübhəsiz ki, iki lider regional təhlükəsizlik məsələlərini, COVID-19 və iqtisadiyyat da daxil olmaqla qlobal cəmiyyətə təsir edən problemlərdən danışacaqlar. İkitərəfli görüş yaxınlaşdıqca daha çox məlumat paylaşacağıq”, – Psaki vurğulayıb.

Gununsesi.info