ABŞ-dan Bakı və İrəvana çağırış - Hərbi əməliyyatları dərhal dayandırın!

  • By admin
  • 13 Sentyabr 2022 11:58

“Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan sərhədi boyunca hücumlar, o cümlədən Ermənistan daxilində yaşayış məntəqələri və mülki infrastrukturun vurulması xəbərlərindən narahatdır”.

Gununsesi.info xəbər verir ki, bunu Dövlət katibi Entoni Blinken bəyanatında bildirib.

“Uzun müddətdir aydın şəkildə deyirik ki, bu münaqişə hərbi yolla həll oluna bilməz. Hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq”, – Blinken vurğulayıb.

Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistanda mülki hədəflərin vurulması haqda məlumatları “yalan” adlandırıb.

 

Gununsesi.info