ABŞ-dan BMT-yə müraciət: Yanlış yoldayıq

  • By admin
  • 06 Avqust 2017 15:33

heyli
BMT-nin Şimali Koreyaya qarşı sanksiya qətnaməsi indiyədək irəli sürülmüş ən güclü sanksiyadır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli söyləyib.

“Bu, yetərli deyil. Bununla problemi həll edəcəyimizi düşünürüksə, səhv yoldayıq. Özümüzü aldatmayaq”, – o vurğulayıb.

Qeyd edək ki, Pxenyanın ard-arda etdiyi qitələrarası ballistik raket sınağından sonra Təhlükəsizlik Şurası bu ölkəyə yeni sanksiyalar qoymaq qərarına gəlib.

Sanksiya layihəsində Pxenyanın gəlirlərinin üçdə bir miqdarında azaldılması hədəflənir.

Artıq BMT Təhlükəsizlik Şurası (TŞ) Şimali Koreyaya qarşı sanksiyaları səs çoxluğu ilə qəbul edib.

Gununsesi.info