ABŞ-dan çağırış: “İrana qarşı silah embarqosunun müddəti uzadılsın”

ABŞ BMT Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edərək, İrana qarşı silah embarqosunun müddətinin uzadılmasını istəyib.

Gununsesi.org bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Müvafiq təkliflə ABŞ-ın BMT-dəki rəsmi nümayəndəsi Kelli Kraft və ABŞ-ın İran üzrə rəsmi təmsilçisi Brayan Huk çıxış edib.

Xatırladaq ki, İrana qarşı silah embarqosu bu ilin 18 oktyabrına qədər qüvvədədir. 

Gununsesi.org