ABŞ-dan Çinə qorxunc həmlə

  • By admin
  • 31 Dekabr 2021 13:34

ABŞ Çinin rəqiblərini öldürmək əvəzinə, onları iflic etmək üçün istifadə edilə bilən “beyni idarə edən silahlar” hazırladığını iddia edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ buna görə Çin Hərbi Tibb Elmləri Akademiyasına və akademiyaya bağlı 11 tədqiqat institutuna sanksiya tətbiq etmək qərarına gəlib. Amerika hakimiyyəti bu silahların uyğur türklərinə qarşı istifadə olunmasından narahatdır. Bu sanksiya ilə ABŞ firmaları lisenziya olmadan Çin Hərbi Tibb Elmləri Akademiyası və onun filiallarına mal ixrac edə bilməz.

Kəşfiyyat məlumatına görə, Çin rəqiblərini öldürməkdənsə, düşmənin müqavimət göstərmək istəyinə hücum edərək, rəqibini idarə etməyə və ya iflic etməyə yönəlmiş texnologiyalar inkişaf etdirir. Bildirilib ki, Çinin inkişaf etdirməyə çalışdığı texnologiyaya genlərin redaktəsi, insan fəaliyyətinin artırılması və beynin proqramlaşdırılması daxildir.

Gununsesi.info