ABŞ-dan diqqət çəkən HƏMAS elanı: 10 milyon dollar mükafat veriləcək – FOTO

  • By admin
  • 08 Yanvar 2024 14:14

Türkiyə tarixinin ən böyük kəşfiyyat əməliyyatının əks-sədası günü-gündən artır. Nəhayət, Milli Kəşfiyyat Təşkilatı (MİT) və Polis Kəşfiyyat İdarəsinin koordinasiyası ilə İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın bir hücrəsi məhv edilib.

Gununsesi.info xəbər verir ki, MOSSAD agentlərinin “fələstinli fəallara” qarşı hərəkətə keçdiyi ifadə edilən əməliyyatda 7 nəfərlik hücrənin çökdürülməsi ilə 57 nəfərlik şəbəkə ifşa edilib.

MOSSAD-ın kəşfiyyat mənbələrinin məhv edildiyi əməliyyatdan sonra İsraillə yaxın təmasda olduğu bilinən ABŞ Dövlət Departamentinin rəsmi internet saytından “casus” elanı verilib. ABŞ Dövlət Departamenti “Həmasın maliyyə mexanizmlərini əngəlləmək üçün” məlumat verənlərə 10 milyon dollara qədər mükafat veriləcəyini açıqlayıb. ABŞ, Türkiyədə olduğu bildirilən 3 Həmas rəsmisi də daxil olmaqla, təşkilatın maliyyə dəstəkçiləri ilə bağlı məlumat istəyib.

ABŞ Dövlət Departamenti tərəfindən edilən mükafat elanında, Həmas-ın gəlir mənbələri və maliyyə mexanizmləri, donorları, HƏMAS adından ikili istifadə texnologiyasının əldə edilməsində iştirak edən ön şirkətlər və HƏMAS üzvlərinin cəlb olunduğu cinayət sxemləri haqqında məlumat tələb olunur.

ABŞ Dövlət Departamentinin paylaşdığı elanda bu şəxslərin adları belə qeyd edilib:

Əbdülbasit Hamza əl-hassan Khair
Amer Kamal Sharif Alshava
Əhməd Sədu Cəhlib
Vəlid Məhəmməd Mustafa Cədallah
Məhəmməd Əhməd Əbd əl-Dayim Nəsrullah

Gununsesi.info