ABŞ-dan diqqət çəkən qərar: 5 hərbi baza quracaq

  • By admin
  • 16 Fevral 2024 09:42

ABŞ Əş-Şəbab terror təşkilatına qarşı mübarizə aparmaq üçün Somalidə 5 hərbi baza tikəcək.

Gununsesi.info xəbər verir ki, Somali Müdafiə Nazirliyi ilə ABŞ-ın Moqadişudakı səfirliyi arasında anlaşma memorandumu imzalanıb.

İmzalanma mərasimində hər iki tərəfdən yüksək səviyyəli rəsmilər, o cümlədən Somali prezidenti Həsən Şeyx Məhəmməd və ABŞ dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Molli Fi iştirak edib.

İmzalanan anlaşma memorandumu çərçivəsində ABŞ Somalidə Əl-Şəbabla mübarizədə 5 hərbi baza quracaq.

ABŞ əsgərlərinin yerləşdirilməsi ilə yanaşı, Somali ordusunun Danab Briqadası ilə əlaqəli olacaq hərbi bazalarda Somali əsgərləri üçün hərbi təlim fəaliyyətləri də həyata keçiriləcək.

ABŞ-ın baza yaratmaq qərarının Afrika İttifaqının Keçid Missiyasının (ATMIS) Somalidən çıxarılması planından sonra gəlməsi diqqət çəkir.

Əl-Şəbab 2007-ci ildən Somali hökumətinə və Afrika İttifaqı qüvvələrinə hücum edir və tez-tez şəhərlərdə və kənd yerlərində terror hücumları təşkil edir.

Somali prezidenti Mahmud vəzifəyə gəldiyi 2022-ci ildən bəri Əl-Şəbabla mübarizəni sürətləndirib.

ABŞ Moqadişu hökumətinin təşkilata qarşı mübarizəsini dəstəkləmək üçün orduya hava dəstəyi ilə yanaşı, hərbi təlimlər də verir.

Gununsesi.info