ABŞ-dan Ermənistandakı həmvətənlərinə xəbərdarlıq: “Ərazidən qaçın”

ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarına müxalifət hərəkatının paytaxt İrəvanda noyabrın 5-də keçirəcəyi mitinqdə iştirak etməmək barədə xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.

HTML tutorial

Məlumata görə, xəbərdarlığa səbəb toqquşma və iğtişaşlar təhlükəsidir.

Səfirlik bildirir ki, nümayişlər gözlənilməz ola bilər.

“Hətta dinc xarakter daşıyan nümayişlər qarşıdurmaya və zorakı hərəkətlərə çevrilə bilər. Ərazidən qaçın, yeniliklər barədə yerli medianı yoxlayın, izdihamdan və nümayişlərdən qaçın. Dostlarınızı və ailənizi xəbərdar edin”, – diplomatik nümayəndəlikdən bildiriblər.

Xatırladaq ki, noyabrın 5-də müxalifət Fransa meydanında mitinq keçirəcək.

Gununsesi.info