
Orta Şərqdəki hadisələrin geniş şəkildə müzakirə olunduğu BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın daimi təmsilçisi Nikki Haley Fələstinə qarşı sərt ifadələr səsləndirib.
Gununsesi.info xəbər verir ki, o, Fələstin lideri Mahmud Abbası cəsarətsizlikdə günahlandırıb.
Haley bildirib ki, ABŞ sülh üçün heç bir addım atmayan Fələstinin “arxasınca qaçmalı deyil”.
Fələstinin BMT-dəki daimi təmsilçisi Riyad Mansur da öz növbəsində ABŞ nümayəndəsini cavabsız qoymayıb. Mansur ABŞ-ı Fələstinə qarşı hörmətsizlik etməkdə günahlandırıb.
Gununsesi.info