“ABŞ HƏMAS-ın beş maliyyə mənbəyi və ya silahlı qrupa dəstək verən maliyyə mexanizmlərini pozmağa kömək edəcək məlumatlar üçün 10 milyon dollara qədər pul təklif edir”.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bildirib.
Məlumata görə, mükafat təklifi ABŞ-ın HƏMAS-a oktyabrın 7-də 1200 nəfərin ölümü ilə nəticələnən vəhşicəsinə İsrailə hücumundan sonra tətbiq etdiyi sanksiyaların dördüncü raundu ilə əlaqədardır.
Qəzza zolağındakı səhiyyə rəsmilərinə görə, İsrailin Qəzzada davam edən hücumları 22600 nəfərin ölümünə səbəb olub və anklavın çox hissəsini xarabalığa çevirib.
Dövlət Departamentinin bəyanatında HƏMAS-ın beş “maliyyəçisinin” adı qeyd edilib. Bu adamlar – Əbdulbasit Həmzə Əl Həsən Xair, Əmir Kamal Şərif Alşava, Əhməd Sadu Cələb, Valid Məhəmməd Mustafa Cadallah və Məhəmməd Əhməd Əbd əl-Daim Nasrallah əvvəllər ABŞ tərəfindən beynəlxalq terrorçular siyahısına salınıb.
“Onlardan birincisi Həmzə kimi tanınan və Sudanda yerləşən HƏMAS-ın investisiya portfelindəki çoxsaylı şirkətləri idarə edib və HƏMAS-a təxminən 20 milyon dolların transferində iştirak edib”, – deyə bildirilib.
ABŞ Dövlət Departamentinin məlumatına görə, onun Sudan prezidenti Ömər Əl-Bəşir və Sudanda sabitliyi pozan islamçı qruplarla əlaqələri var.
“Adı çəkilən Həmas silahlılarından üçü – Əmir Kamal Şərif Alşava, Əhməd Sadu Cələb və Valid Məhəmməd Mustafa Cadallah qrupun Türkiyədəki investisiya şəbəkəsinin bir hissəsidir”, departamentin bəyanatında deyilir.
“Nəsrullah İran təşkilatları ilə sıx əlaqələrə malikdir və HƏMAS-a, o cümlədən onun hərbi qanadına on milyonlarla dolların köçürülməsində iştirak edib”, – deyə bəyanatda bildirilir.
Oktyabrda departament onun Qətərdə olduğunu bildirib.
Dövlət Departamenti qeyd edib ki, mükafatlar HƏMAS-ın hər bir gəlir mənbəyi, əsas donorları, HƏMAS-ın əməliyyatlarını asanlaşdıran maliyyə institutları, qrup üçün ikili istifadə texnologiyası alan ön şirkətlər və HƏMAS-a fayda verən cinayət sxemləri haqqında məlumatlara görə veriləcək.
Gununsesi.info